Milli Məclisin iclasında çıxış edən deputat Elmira Axundova avtobus sürücülərini tənqid edib. SİA-nın məlumatına görə, millət vəkili bildirib ki, avtobusların iştirakı ilə baş verən yol qəzalarının sayı artır və bu hadisələrin əksəriyyətinin günahkarı sürücülərdir.
"Sürücülərin bəziləri bəlkə də psixonevroloji dispanserin pasiyentləridir. Sovet dövründə ictimai nəqliyyatda sürücü işləmək üçün gərək azı 10 illik təcrübən olardı. İndi isə dünən sürücülük vəsiqəsi alan adam artıq sərnişin daşımada iştirak edir".
E.Axundova həmçinin təklif edib ki, Bakıda və digər rayonlarda sərnişin daşımada işləmək istəyənlər üçün sürücülükdən savayı etika, psixologiya, əhali ilə ünsiyyət, davranış qaydaları ilə bağlı kurslar keçirilsin. Yalnız bu kursları bitirən və sertifikat alanlara ictimai nəqliyyatda işləmək icazəsi verilsin. Cərimələri nə qədər sərtləşdirsək də, təsiri olmur. Əksinə, yollarda daha tez-tez belə qəzalar olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB