Bu gün Bakıda Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-Avrasiya) bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, olimpiadada 45 ölkədən 500-ə yaxın iştirakçı yarışıb. Bu il Azərbaycanla yanaşı, 45 xarici ölkədən 625 layihədən 22-si, Azərbaycanda isə 180 orta məktəbdən 214 layihə təqdim olunub. Onlardan 78-i növbəti mərhələyə keçib.
Tədbirdə iştirak edən Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi, Türkcə Olimpiadası Respublika Təşkilat Komitəsinin Sədri Mesut Kurnaz çıxış edib. O, bildirib ki, ətraf mühitin qorunması üçün gələcək nəslin hazırlanması, daha çox Azərbaycanın üzərinə düşür.
Komitə sədri Mesut Kurnaz həmçinin vurğulayıb ki, bu gün olimpiadada iştirak edən azərbaycanlıların və məktəb sayının üç dəfə artması buna əyani sübutdur. Azərbaycan bu məsələyə sadəcə nəzəri cəhətdən yanaşmayıb, o həm də təhsil müəssisələrində də bu sahədə bir sıra tədbirlər həyata keçirib.
Rəsmi hissədən sonra tədbirdə xarici ölkə məktəblilərinin ifasında Azərbaycan mahnı və rəqsləri ifa olunub. Daha sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Sonda Azərbaycan incəsənət ustalarının ifasında mahnılar səsləndirilib.
Qeyd edək ki, beynəlxalq olimpiada Təhsil Nazirliyi, İDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Çağ Öyrətim" İşlətmələri Şirkəti və "İnepo-Avrasiya" Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB