Ziya Məmmədov: “Ən ucuz yollar Azərbaycanda tikilir”

Ziya Məmmədov: “Ən ucuz yollar Azərbaycanda tikilir”

"Bəzən mediada belə fikirlər səsləndirilir ki, Azərbaycanda yolların tikintisi baha başa gəlir. Guya Azərbaycanda yollar dünyada ən baha başa gələn yollardandır. Əslində, bu belə deyil". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamsında nəqliyyat naziri Ziya Məmmədov deyib.

Onun sözlərinə görə, reallıqda ən ucuz yollar Azərbaycanda tikilir: "Yol layihələri çərçivəsində həddindən artıq köçürmələr olub. Yolların çəkilməsi üçün fərdi evlər, digər obyektlər, kommunikasiya xətləri köçürülür. Bunların da hamısı nəqliyyat layihəsinə daxil olduğu üçün bəzən ilk baxışda qiymət yüksək görünür. Ancaq araşdırdıqda görürsən ki, ümumilikdə sərf edilən vəsaitin daxilində yolun qiyməti çox münasib və ədalətli bir şəkildə öz təsvirini tapıb".

Bütün xəbərlər Facebook səhifəmizdə