Bakıda batmaq təhlükəsi ilə üzləşən 2 şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsinə 3 km məsafədə, nəzarət olunmayan ərazidə) 2 nəfər balıq tutarkən batma təhlükəsi ilə üzləşib. Xidmətin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Hər iki şəxs görülən tədbirlər nəticəsində xilas edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB