Nəqliyyat nazirliyində yeni qərargah yaradılıb

2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya oyunlarına hazırlıq üzrə abadlıq işləri və zəruri yol-nəqliyyat infrastrukturunun yaradılması üçün mühüm işlər aparılır. SİA-nın verdiyi xəbərə görə bunu jurnalistlərə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, Bakıda 1,5 min kilometrə yaxın əsas magistral yol var: "Köməkçi, bələdiyyə və Bakı kəndlərinin yolları nəzərə alınmaqla bu göstərici beş min kilometrə çatır. Bu, böyük həcmdə işdir. Biz çalışırıq ki, I Avropa Olimpiya Oyunlarına hazırlıq üzrə nəzərdə tutulan işləri layiqincə həyata keçirilsin

Həmçinin "Azəryolservis" ASC-nin sədri bildirdi ki, bu nəhəng idman tədbirinə hazırlıq çərçivəsində Nəqliyyat Nazirliyində qərargah yaradılıb: "Qərargaha nəqliyyat nazirinin müavini Musa Pənahov başçılıq edir. Qərargahın tərkibinə nazirliyin bütün strukturları daxildir".

Bütün xəbərlər Facebook səhifəmizdə