Füzulidə 2700 il yaşı olan möhür tapılıb. Qiymətli tapıntının dəyəri və yaşı, Elmlər Akademiyasında müəyyənləşdirilib. SİA-nın Qarabağ bürosunun məlumatına görə, hazırda həmin möhür Füzuli rayon tarix-diyarşünaslıq muzeyinin Bala Bəhmənli kənd filialında sərgilənir. Yerli sakinlər tərəfindən aşkarlanan möhür görünüşünə görə möhürdən çox üzüyə bənzəyir. Lakin ölçüsü kiçik olduğundan onu barmağa taxmaq mümkün deyil. Üzüyün üzərindəki naxışlar qabartma üsulu ilə işlənib. Muzeyin direktoru bu cür tarixi tapıntının həmin dövrə aid bir ilk olduğunu hesab edir. Möhürün tapıldığı ərazilərdə son illər əkin işləri aparılmağa başlayıb. Xüsusilə ərazidə təmizləmə əməliyyatları aparan ANAMA əkin sahələrini təmizlədikdən sonra əkin-biçin işləri geniş vüsət alıb. Kənd sakinləri ilə yanaşı, elə minaaxtaranlar da o ərəfədə xeyli sayda tarixi tapıntı aşkarlayıb kənddəki muzeyə təhvil veriblər.
Qeyd edək ki, Bala Bəhmənli kənd muzeyi 2006-cı ildə Tarix Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. Hazırda burada 500-dən çox eksponat sərgilənir. Bunların yüzdən çoxunun yaşı 3 min ildən artıqdır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB