Təbii qazın verilişində fasilələr yaranacaq.
Sabunçu rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verilir ki, təmir işləri ilə əlaqədar olaraq yanvarın 30-da saat 10:00-dan 17:00-dək "Nardaran" qazpaylayıcı stansiyasında təbii qaz verilişi dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun Nardaran qəsəbəsinə, "Ləyiş bağları" adlanan yaşayış massivinə və Maştağa qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB