"Dünən baş verən zəlzələdə əsas məsələ odur ki, insan tələfatı yoxdur". SİA-nın xəbərinə görə, bunu Baş nazirin müavini Abid Şərifov jurnalistlərə verdiyi açıqlamasında belə deyib.
Onun sözlərinə görə, gələcəkdə qısa və ya uzunmüddətli zəlzələnin baş verməsi ilə əlaqədar proqnoz vermək qeyri-mümkündür: "Əvvəllər zəlzələ baş verəndə bir neçə saat sonra onun ölçülərini təyin etmək olurdusa, indi bunu zəlzələ baş verən saniyədən bilmək olur."
Nazir müavini qeyd edib ki, 100 il bundan əvvəl tikilən heç bir binanın seysmik hazırlığı yoxdur. Son 20 ildə isə qayda-qanunlara nəzarət olmayan binalar tikilir.
A.Şərifov həmçinin qeyd edib ki, yeni tikilən binaların seysmik cəhətdən nəzarətini Fövqəladə Hallar Nazirliyinin (FHN) tərkibində yeni yaranan qurum həyata keçirir.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB