Göygöldə qərb bölgəsinin ən böyük Bayraq Meydanının tikilişi yekunlaşmaq üzrədir. Rayonun ən hündür yerində inşa edilən bayraq meydanı bütün istiqamətlərdən görünür. Tikili üçün 5 hektardan artıq ərazi ayrılıb. 300-kv/m ərazidə Bayraq Meydanın inşası nəzərdə tutulur. Ətraf ərazilərdə isə yaşıllıq zolaqları salınacaq, asfalt örtüyü döşənəcək. Bayraq meydanı 30 metr yüksəklikdə yerləşir. Bayrağın dirəyinin ümumi hündürlüyü isə 70-metrə yaxındır. Geniş abadlıq quruculuq işlərinin vüsət aldığı Göygöldə bu günə kimi bu cür müasir standartlara cavab verən bayraq meydanı olmayıb. İş icraçısı İmaməli Abbasovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata əsasən, artıq işlər son mərhələdədir.
Layihəyə uyğun olaraq ərazidə muzey yaradılacaq, əlavə meşə zolağı salınacaq. Rayona xüsusi yaraşıq verəcək tikili indidən həyacanla qarşılanır.
Qeyd edək ki, iyun ayından start verilən işlərin oktyabr ayının sonunda yekunlaşdırılması nəzərdə tutulur.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə