Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin Bakıda keçirilən I Milli Sessiyası yekunlaşdı. AGP-dən SİA-ya verilən məlumata görə, konfransın əsas mövzusu "Avropaya inteqrasiyanın bir hissəsi ol" idi. Rumıniya, Türkiyə, Gürcüstan, Böyük Britaniya və Azərbaycan nümayəndələri daxil olmaqla 55 nəfərin iştirak etdiyi I Milli Sessiyanın son günündə Baş Assambleya baş tutdu. 4 komitənin (xarici işlər, daxili bazar və istehlakçının qorunması, insan hüquqları, təhsil və mədəniyyət) hazırladığı qətnamələr müzakirə olunub, səsə qoyulub və hamısı qəbul olunub. Qətnamələrin hazırlanmasında təcrübəli iştirakçılar ilk dəfə iştirak edənlərə köməklik göstərmişdilər. İlk dəfə keçirilməsinə baxmayaraq, iştirakçılar çox aktiv idilər.
Daha sonra bağlanış mərasimi baş tutdu. Burada iştirakçılar sertifikatlarla təltif olunublar və xarici qonaqlara çıxış üçün söz verilib. Xarici qonaqlar tədbirin yüksək səviyyədə keçirildiyindən bəhs etdilər, dəvət olunduqları üçün öz təşəkkürlərini bildirdilər və təşkilatın işlərinə uğurlar dilədilər. Onlar Azərbaycanlıların olduqca qonaqpərvər olduqlarını xüsusilə vurğuladılar.
Bu, hələ son deyil. Belə ki, növbəti gün xarici qonaqların yenidən şəhər gəzintisi baş tutdu. Bu həftə sonu isə iştirakçıların qeyri-formal görüşü baş tutacaq.
Bir də xatırlatmaq istərdik ki, konfrans Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Avropa Gənclər Parlamenti (AGP) tərəfindən dəstəklənib. Eyni zamanda tədbirin keçirilməsinə Gürcüstan Gənclər Parlamenti və AGP-Türkiyə böyük dəstək verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB