Əlillərə xəbər var!

Cari ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əlillərin VIII Ümumrespublika sərgi-müsabiqəsi keçiriləcək. SİA-nın xəbərinə görə, bununla bağlı artıq təşkilati işlərə başlanılıb. Sərgi-müsabiqədə əlillərin rəssamlıq, dekorativ tətbiqi sənət, xalçaçılıq, toxuma və hörmə, bədii tikmə, ağac üzərində iş, dulusçuluq və digər sahələr üzrə əl işləri nümayiş etdiriləcək. Fərqlənən əlillərə mükafatların verilməsi nəzərdə tutulur. Tədbirdə iştirak etmək üçün bölgələrdən gələn əlillərin dövlət hesabına otellərdə yerləşdirilməsi, habelə onlara müvafiq xidmətlərin göstərilməsi təmin ediləcək.

Əlillər arasında sərgi-müsabiqənin keçirilməsi yaradıcı əlillərin istedad və qabiliyyətlərinin aşkar olunaraq cəmiyyətə təqdim olunması, onların yaradıcılığının dəstəklənməsi, həmçinin onlar arasında ünsiyyətin yaradılması, onların cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Son 3 ildə 2 min nəfərdən çox yaradıcı əlil belə tədbirlərə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə