Bu günün tarixi, tarixin bu günü

1723 - Rusiya çarı I Poytr Xəzər dənizini və Azərbaycanı ələ keçirmək planlarını reallaşdırmağa başlayıb. Rusiya ekspedisiyasının Xəzər yürüşü zamanı Azərbaycanın sahil əraziləri, o cümlədən Bakı işğal olunub. Lakin Rusiya qoşunları az sayda olduğundan burada çox duruş gətirə bilməyərək geri qayıtdılar. Bu yürüşdən sonra I Poytr Azərbaycan torpaqlarının (bütövlükdə Cənubi Qafqazın) ələ keçirilməsi ilə bağlı məşhur "Vəsiyyətnamə"sini elan etdi.

1832 - Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan (1832-1897) Şuşada anadan olub. Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı, İbrahimxəlil xanın nəvəsi olan və xalq arasında "Xan qızı" deyə çağırılan Natəvan istedadlı şairə olmaqla yanaşı, xeyriyyəçiliyi ilə də tanınıb, imkansızlara əl tutub, Şuşaya su kəməri çəkdirib.

1860-cı ildə Nobel Sülh mükafatını qazanmış ilk qadın Ceyn Adams anadan olub

1901-ci ildə ABŞ prezidenti Vilyam Makkenli sui qəsdə məruz qalaraq ağır yaralanıb və 8 gün sonra ölüb

1959-cu ildə ilk "Barbie" oyuncağı satışa çıxarılıb

1962-ci ildə İqdırda baş vermiş zəlzələdə 5 min ev uçub, 25 min nəfər ölüb

1980-ci ildə Sovet birlikləri Cənubi Koreyaya aid "Boeing-747" təyyarəsini vurdu, 249 nəfər öldü

1991-ci ildə Rusiyanın ikinci böyük şəhəri Sankt Peterburqun adı bərpa olunub

1993 - Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu istiqamətində geniş hücumu başlanıb. Erməni qoşunlarının hissələri Məngələnata yüksəkliyini ələ keçirərək Füzuli şəhərinə yaxınlaşıblar. Azərbaycan Milli Ordusunun hissələri hücumu, çətinliklə də olsa dəf edərək erməni qüvvələrini strateji əhəmiyyətli yüksəkliklərdən vurub çıxarıblar. Lakin iki həftə sonra erməni qüvvələrinin yeni hücümü Füzuli şəhəri və rayonun böyük hissəsinin işğalı ilə nəticələndi.

1994-cü ildə Azərbaycan Respublikası Komor (Qəmər) adaları ilə diplomatik əlaqələr qurub

1995-ci ildə Fransa ilə oyunda Azərbaycan millisi 10:0 məğlub olub

1997-ci ildə şahzadə Diana dəfn olunub və bu mərasimdə 2 milyona yaxın insan iştirak edib

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...