Sərraf Hüseynov: \"YAP tərəfindən əsası qoyulan ənənə bu il də uğurla davam etdirilir\" - MÖVQE

Sərraf Hüseynov: \"YAP tərəfindən əsası qoyulan ənənə bu il də uğurla davam etdirilir\" - MÖVQE

Yeni Azərbaycan Partiyası ənənəvi olaraq hər il gənclər üçün yay və qış məktəbləri təşkil edir. 2007-ci ildən əsası qoyulan bu ənənə bu il də uğurla davam etdirilir. Bunu SİA-nın müxbirinə verdiyi açıqlamasında YAP Gənclər Birliyi baş ofisinin rəhbəri Sərraf Hüseynov bildirib.

Ofisin rəhbəri qeyd edib ki, bu il təşkil olunan "Yay məktəb"ləri iki rayonda - Lerik və Oğuzda təşkil olunub. Ümumilikdə 600 gəncin bu tədbirlərdə iştirakı təmin edilib. Gənclərdən 200 nəfəri ölkənin ayrı-ayrı regionlardan, kənd rayonlarından, eləcə də Naxçıvan Muxtar Respublikasından, digər 400 nəfəri isə Bakıdan və Sumqayıt şəhərlərindəndir. Builki "Yay məktəbi"nin maraqlı adı da var - "Liderliyə gedən yol". Bu gənc siyasətçilər üçün əsl yay məktəbidir.

S.Hüseynov bildirib ki, "Yay məktəbi" çərçivəsində artıq Lerikdə müxtəlif proqramın çərçivəsinə başlamışıq: \"Artıq birinci gün sona çatıb. Gördüyünüz kimi 1-ci gün proqrama əsasən rayonla tanışlıqla başlayıb. İlk olaraq Heydər Əliyev mərkəzi və Tarix Diyarşünaslıq muzeyi ilə tanışlıq olub və bundan əlavə "Uzunömürlülər" muzeyini ziyarət etmişik. Gənclərimiz çox yüksək təəssüratlarla oradan ayrılıblar. Bu gün isə proqrama uyğun olaraq əsasən ideya, proyekt və uğurlu nəticə ilə bağlı menecment treninqlərinə başlanıb. Artıq demək olar ki, treninq yekunlaşıb. Treninqlərin əsas mahiyyəti gənclərə uğurlu layihələrin hazırlanması, həmin layihələrin təqdim edilməsi və uğurlu nəticələrin alınmasıdır. Həmçinin layihələr yazılarkən orada donorların və həmin layihəni maliyyələşdirən təşkilatların diqqətini cəlb etmək üçün hansı məsələlərə diqqət yetirmələri gənclərə öyrədilir. Gənclərin bu sahədə maarifləndirilməsi və uğurlu layihənin yazılması ilə bağlı nələrə fikir verilməli olduqları diqqətlərinə çatdırılıbdır\".

S.Hüseynov daha sonra əlavə edib ki, bundan əlavə layihənin ikinci hissəsi olan treninqlə bağlı praktiki iş olub: \"Praktiki işlə ümumilikdə "yay məktəbi" iştirakçıları yeddi komanda halında bölüşdürülüb. Hər bir komanda özünün bir layihəsini hazırlayıb və onun təqdimatını edib. Bir çox uğurlu layihələr var ki, biz həmin layihələri səkkiz komandadan aldıq və düşünürük ki, həmin layihələri gələn il yay məktəblərində həyata keçirə bilərik. Qalib isə "Təsadüf" komandası olub. Bu komandanın yazdığı layihəyə əsasən gənclərdə nitq qabiliyyətinin inkişaf etdirilməsi, həmçinin psixoloji natiqlik məsələlərinin gənclərə aşılanması ilə bağlı olub. Bu da mənə elə gəlir ki, uğurlu bir layihədir və həmin komandaların və münsiflər heyətinin səs verməsi ilə həmin komanda qalib olub. Düşünürük ki, gələn ilki yay məktəbində bunu həyata keçirə bilərik\".

Bütün xəbərlər Facebook səhifəmizdə