Millət vəkili "Xidmət ödülü"nə layiq görülüb

Millət vəkili Qənirə Paşayeva Dünya Türk Gəncləri Birliyi tərəfindən Xidmət ödülünə layiq görülüb. SİA-nın verdiyi məlumata görə, bu mükafat millət vəkili Qənirə Paşayevaya Türk dünyası gəncləri arasında yaxınlaşma, bütünləşmə, birlik və bərabərliyi yolunda fəaliyyətinə görə Dünya Türk Gəncləri Birliyi tərəfindən təqdim edilib.


Millət vəkili Qənirə Paşayevaya bu mükafatı təqdim edən Dünya Türk Gəncləri Birliyinin sədri Əkrəm Abdullayev bildirmişdi ki, DTGB-nin 20 illiyi ilə bağlı təsis edilən bu mükafata layiq görülənlərdən biri olan Qənirə Paşayeva Türk dünyası gənclərinin birlik və bərabərliyi istiqamətində gördüyü işləri nəzərə alınaraq Xidmət ödülünə layiq görülmüşdü. Mükafata görə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva Türk dünyası gəncləri arasında yaxınlaşma, bütünləşmə, birlik və bərabərliyi yolunda əlindən gələni etməyi özünə bir borc bildiyini və bu istiqamətdə bundan sonra fəaliyyətini davam etdirəcəyini və bu sahədə maraqlı layihələr həyata keçirən və işlər görən Dünya Türk Gənclər Birliyi ilə ortaq layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə