İnzibati Xətalar məcəlləsinə dəyişiklik edilir

Milli Məclisin Hüquq siyasəti və Dövlət Quruculuğu Komitəsinin bu gün keçirilən iclasının gündəliyinə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi məsələsi daxil edilib. Məcəllənin 38-1 maddəsinə təklif olunan dəyişiklikdə qeyd olunur ki, döymə və ya sair zorakı hərəlkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 500 manatdan 1000 manatadək miqdarda cərimə nəzərdə tutulur, yaxud, işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqala 15 günədək inzibati həbs tətbiq olunur. Məcəlləyə təklif olunan digər dəyişikliyə görə, məişət zəminində iqtisdadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni, şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakndan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui istifadə edilməsinə yönəlmiş hərəkətə görə 100 manatda 300 manatadək, həmçinin məişət zəminində psixik zorakılığa, yəni, şəxs tərəfindən digər şəxsə qəsdən psixi təsir göstərilməsinə, yaxud, dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətə görə 300 manatdan 500 manatadək, o cümlədən məişət zorakılığından zərər çəkmiş şəxslərə qeytri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə görə 35 manatdan 50 manatadək miqdarda cərimə nəzərdə tutulur. Bununla yanaşı, Məcəlləyə təklif olunan növbəti dəyişikliyə əsasən zöhrəvi xəstəliklərə və ya insanın immun çatışmazlığı virusuna yoluxduöğu barədə kifayət qədər məlumat olan şəxslərin səhiyyə orqanı tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə 100 manatdan 150 manatadək, zöhrəvi xəstəliklərə, yaxud insanın immun çatışmazlığı virusuna yoluxmuş şəxslərlə əlaqədə olmuş , profilaktik müayinəyə ehtiyacı olan şəxslərin müayinədən səhiyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da boyun qaçırmasına görə 80 nmanatdan 120 manatadək, eləcə də , zöhrəvi xəstəliyi olan şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə, onlarla əlaqədə olub zöhrəvi xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə 100 manatdan 200 manatadək miqdarda cərimə təklif olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...