Azərbaycanlı hərbi əsirə 3 “Qızıl xaç məktubu” çatdırılıb

Ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları iyunun 12-də Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. Bu barədə SİA-ya BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib. 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Başçəkmə əsirə 3 "Qızıl xaç məktubu" çatdırılıb, ondan bir "Qızıl xaç məktubu" alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə