Şəmkirdə \"Melioratorlar günü\" münasibəti ilə tədbir keçirilib - FOTO

Şəmkirdə \"Melioratorlar günü\" münasibəti ilə Şəmkir rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşəbbüsü ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov, YAP Şəmkir rayon təşkilatının sədri Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev, Şəmkir rayon Sub-Artezian quyuları istismarı idarəsinin rəisi Nərman Verdiyev, Şəmkir rayon Suvarma sistemləri idarəsinin rəisi Vaqif Məmmədov, Şəmkir rayon Maşın-Kanal istismarı idarəsinin rəisi Akif İbrahimov iştirak edib.


Tədbiri giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ilk öncə 5 iyun "Meliorator günü\" münasibəti ilə bütün tədbir iştirakçılarını təbrik edib. F.Vəliyev bildirib ki, Meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında və ölkənin ərzaq probleminin həllində rolu əvəzsizdir. F.Vəliyev onu da qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ölkədə meliorasiya və su təsərrüfatının daha da inkişafına göstərmiş olduğu diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizin nəhəng meliorasiya və irriqasiya kompleksi vardır. Sahənin inkişaf proqramı çərçivəsində irimiqyaslı layihələr həyata keçirilir və yüksək nəticələr əldə olunur. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev melioratorların əməyini yüksək qiymətləndirib, 24 may 2007 -ci il tarixli sərəncamla iyun ayının 5-ni Meliorator günü elan edib.

Tədbirdə eyni zamanda Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov çıxış edərək, ilk önce 05 iyun "Meliorator" günü münasibəti ilə bütün tədbir iştrakçıları səmimi qəlbdən təbrik edib və onlara işlərində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə