Azərbaycan Beynəlxalq Türk dili Olimpiadasında təmsil olunur - FOTO

Mayın 30-dan etibarən Türkiyədə 10-cu Beynəlxalq Türk dili Olimpiadası keçirilir. SİA-nın xəbərinə görə, tədbirin keçirilməsində məqsəd türk dilini tanıtmaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanışlıq, onların bir araya gətirilməsidir. Dünyanın 140 ölkə nümayəndələrinin qatıldığı olimpiada iştirak edən ölkələrin milli adət və ənənələrinə məxsus elementlərlə bəzədilən guşələri də təşkil olunub.


İstanbul Sərgi Mərkəzində baş tutan sərgidə digər ölkələrlə müqayisədə Azərbaycan üçün xüsusi və daha geniş yer ayırılıb. Sərgidə Azrilməsi iki qardaşərbaycan tarixi Şirvanşahlar sarayı, Qız Qalası, ölkənin tarixi və mədəni abidələri əks olunub. Sərgidə jurnalistlərə açıqlama verən "Çağ" Öyrətim Şirkətinin rəhbəri Ənvər Özeren Azərbaycan və Türkiyə arasındakı əlaqələrdən, dövlət başçılarının dostluq münasibətlərinin inkişaf etdirməsi məqsədilə gördükləri işlərdən danışıb. O bildirib ki, sərgi çərçivəsində Azərbyacana ən geniş yerin ayrılması iki qardaş ölkə arasında dostluq və qardaşlıqdan xəbər verir.


Olimpiadanın üçüncü günü isə həmin sərgi mərkəzində Azərbaycan gününə həsr olunan tədbir təşkil olunub. Azərbaycandan gələn 400-ə yaxın nümayəndə heyəti də iştirak edən tədbirdə Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə konsert və qiraət proqramı keçirilib. "Azərbaycan şöləni" adlanan həmin mərasimdə Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilən salonunda yerli tamaşaçılar konserti "Azərbaycan-Türkiyə" şüarları ilə müşayət ediblər. Mərasimi qonaq qismində izləyənlər arasında Azərbaycanın xalq artistləri Həmidə Ömərova, Sənubər İsgəndərli, əməkdar artist Azərin, o cümlədən ölkəmizin İstanbuldakı diplomatik korpusunun və ictimai təşkilatların nümayəndələri də olub.


Beynəlxalq olimpiadanı işıqlandırmaq üçün "Çağ" Öyrətim Şirkətinin və Qafqaz Unversitetinin təşkilatçılığı ilə bir qrup Azərbaycan media nümayəndəsi Türkiyəyə səfər edib. Onlar Türkiyədə keçirilən olimpiadanı izləyiblər. Türkiyəyə səfəri təşkil edilən Azərbaycan media təmsilçiləri üçün də mədəni tədbirlər proqramı təşkil olunub. KİV nümayəndələri Bizans və Osmanlı imperiyalarının dövründən qalmış tarixi abidələr, həmçinin şəhərin diqqət çəkən məkanları ilə yaxından tanış olublar. Azərbaycandan olan media təmsilçilərinə bələdçilər tərəfindən abidələrin tarixi və əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.


Qeyd edək ki, olimpiada iyunun 14-dək davam edəcək. Ötən il Azərbaycan olimpiadada 7 qızıl, 10 gümüş, 4 bürünc medal qazanıb.


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə