“İRƏLİ”nin İdarə Heyətinin tərkibi müəyyənləşdi

"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyevin rəhbərliyi ilə keçirilən iclasda birliyin yeni baş katibi və İdarə Heyətinin üzvləri müəyyənləşib. Birlikdən SİA-ya verilən məlumata görə, məclisin qərarına əsasən səs çoxluğu nəticəsində Nərmin Məmmədova "İRƏLİ" İctimai Birliyinin baş katibi və Zaur Axundov, Aydın Məmmədov, Azər Abdullayev, Elsanə Babaşova, Nigar Quliyeva, Cavid Osmanlı, Türkay Verdiyeva, Sahil Balazadə, Nərmin Əhmədli və Günay Daşdəmirova təşkilatın İdarə Heyətinin üzvləri seçiliblər.

Məclisin yığıncağında həmçinin Birliyin 2012-ci ilin ikinci yarısı üçün fəaliyyət planı müzakirə edilib.

Xatırladaq ki, 5 May 2012-ci il tarixində keçirilmiş II Hesabat-Seçki Konfransında Rauf Mərdiyev səs çoxluğu ilə növbəti müddət üçün "İRƏLİ" İctimai Birliyinin sədri, Xəqani Fərəcov, Orxan Əmrahov, Kövsər Orucova, Leyla Yolçiyeva və Dünya Fərzəliyeva Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri seçilmişlər.

Qeyd edək ki, 16 Aprel 2012-ci il tarixindən etibarən "İRƏLİ" İctimai Birliyinin bütün strukturlarının təmsilçiləri (İdarə heyəti üzvləri, MTNK, katiblik, mərkəz və layihə rəhbərlərinin) buraxılması haqda qərar qəbul olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə