Bu gün ekoloqların peşə bayramıdır - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaranmasından 10 il ötür. Bu bayram bütün rayonlarda olduğu kimi Masallıda da qeyd edilib. Hər il olduğu kimi bu ildə nazirliyin işçiləri öz peşə bayramlarını qeyd ediblər. Bu münasibətlə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi rayonun mərkəzndə yerləşən Heydər parkında umumilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Qurumdan SİA-ya verilən məlumata görə, tədbirdə Masallı rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini İsa Nuriyev, müəssisənin kollektivi abidə önündə gül dəstələri qoyublar.

Daha sonra İsa Nuriyev rayonun icra başçısı Rafiq Hüseynovun adından Masallı Meşə Mühafizəsi və Bərpası Müəsisəsinin kollektivini təbrik edib, onlara işlərində uğurlar arzulayıb və daima təbiətə qarşı indiki kimi həssas olmağı tövsiyyə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...