“Univision” mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçirilib-FOTOSESSİYA

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Azərbaycanda tələbələr arasında ilk dəfə olaraq gerçəkləşdirdikləri "Univision" mahnı müsabiqəsinin yarımfinal mərhələsi baş tutub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 21 universitetin qatıldığı yarışmada hər bir iştirakçının çıxışından öncə onun haqqında 40 saniyəlik çarx yayımlanıb. Təmsil etdikləri universitetlərin tələbələrindən böyük dəstək alan iştirakçılar öz nömrələri ilə çıxış etdikdən sonra münsiflər heyəti və tələbələrdən ibarət gizli şura müzakirələr üçün bir araya toplanıb. Münsiflər heyətinin tərkibinə respublikanın əməkdar artisti Tünzalə Ağayeva, məşhur dizayner Gülnarə Xəlilova, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər və İdman nazirliyinin əməkdaşları Elnur Abdullayev və Elnar Mehdiyev daxil idilər.

"Univision" mahnı müsabiqəsinin Azərbaycanda ilk dəfə olaraq keçirlidiyini nəzərə alan münsiflər heyəti finala on deyil, on üç universitetin keçməsinə qərar verib. Beləliklə, finala vəsiqə qazanan universitetlər:

1. Bakı Slavyan Universiteti

2. Azərbaycan Dövlət Neft Akademiyası

3. Prezident yanında Dövlət İdarəçilik Akademiyası

4. Azərbaycan Dövlət İqtisad Universiteti

5. Azərbaycan Texniki Universiteti

6. Xəzər Universiteti

7. Kooperasiya Universiteti

8. Bakı Musiqi Akademiyası

9. Bakı Bizness Universiteti

10. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

11. Azərbaycan Memarlıq və İnşaat Universiteti

12. Odlar Yurdu Universiteti

13. Azərbaycan Dövlət Dillər Universiteti

Qalibləri müəyyən edən final 17 may tarixində baş tutacaq. 1-ci yerin qalibinə "Univision" layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim ediləcək. Bundan əlavə, qalib şəxs (ifaçı və ya qrup) ATGTİ-nin fəaliyyətinə geniş şəkildə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq. Müsabiqənin devizi qalibiyyətin, ali təhsil ocağında birinciliyin işarəsi olaraq "Birinci ol" adlandırılıb. Növbəti illərdə yarışmanın MDB məkanına çıxarılması nəzərdə tutulub. Bunula yanaşı Avropa Universitetlərinin də "Univision" tələbə mahnı müsabiqəsinə qoşulması istiqamətində müəyyən işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...