Samux rayonunda yazlıq əkininə ciddi hazırlıq işləri araılır. Rayon Bitki Mühafizə Mərkəzi tərəfindən ərazilərin ziyanvericilər və gəmiriricilərdən qorunması istiqamətində tədbirlər planı hazırlanıb. Qurumun rəisi Ələs Məmmədovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, taxıl və arpa sahələrində siçana bənzər gəmiricilərə qarşı xüsusi mübarizə tədbirləri həyata keçirilir. Havaların şaxtalı keçməsi ilə qeyd olunan gəmiricilərin sayı kəskin azalsa da buna baxmayaraq sözügedən qurum tərəfindən qabaqlayıcı tədbirlər davam etdirilməkdədir.
Zərərvericilərlə yanaşı əkin sahələrinin marakeş çəyirtkələrindən qorunması yönümündə də mübarizə işlərinə nəzarət artırılıb. İlkin proqnozlar göstərir ki, ötən illərdə olduğu kimi bu il də Samuxda sözügedən problemin qeydə alınması riski var.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB