Şimali Kiprdə “Xocalı - acı gerçək” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib
Konfransdan öncə Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyəti və eyniadlı Universitetin Tələbə Şurasının təşkilatçılığı ilə yürüs-mitinqi keçirilib. Mitinqə universitetdə təhsil alan azərbaycanlı tələblərlə yanaşı, digər xarici tələbələr də qatılıb. Bu barədə SİA-ya Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyətinin Mədəniyyət şöbəsinin müdir müavini Cəfər Mənsimi məlumat verib.
Məlumata görə, tələbə şəhərciyi adlanan yerdən, Atatürk heykəlinin önünə qədər davam edən mitinq zamanı "Hepimiz Xocalılıyıq", "Qarabağ bizimdir, bizim də olacaq", "Şəhidlər ölməz, Vətən bölünməz", "Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun", "qoruyun özünüzü biz gəlirik", "Ya Qarabağ, ya ölüm, başqa yol yox", "Xar olsun erməni, yaşasın türklər" kimi şüarlar səsləndirilib.
Daha sonra tələbələr Atatürk heykəlinin önündə toplaşıblar. Burada Azərbaycan və Türkiyə Cümhuriyyətinin himnləri səsləndirilib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra türkiyəli tələbə Xocalı həqiqətlərindən bəhs edən şeir səsləndirib.
Bundan sonra Doğu Akdeniz Universitetinin rektoru, professor, Abdullah Öztoprak, eyniadlı universitetin Tələbə Şurasının sədri Ekrem Soyşen və universitetin Azərbaycan Cəmiyyətinin rəhbəri Elşin Süleymanov Atatürk heykəlinin önünə əklil qoyaraq, çıxış ediblər.
Daha sonra MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin həyata keçirdiyi "Dünyada mənim Vətənim" layihəsi çərçivəsində reallaşan, "Xocalı-acı gerçək" adlı beynəlxalq elmi-praktik konfrans öz isinə başlayıb.
Konfransda Şimali Kipr Türk Cümhuriyyətinin Milli Məclisinin üzvü və millət vəkili Əjdər Aslan Baba da iştirak edərək, Xocalı soyqırımının dünya ictimaiyyətinin nəzərinə daha dolğun şəkildə çatdırılması üçün gənclərin üzərinə böyük yük düşdüyünü söyləyib.
Sonda MİRAS İctimai Birliyinin istehsal etdiyi "Xocalı vaxtı" adlı film izlənilib və tələbələrin hazırladıqları video-süjet konfrans iştirakçılarına təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB