Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsahibə elan edildi
Azərbaycanda məhkəmələrdə və bir neçə dövlət orqanları üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan olunub. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasından SİA-ya verilən məlumata görə, müsahibə 5 dövlət orqanı üzrə 40 vakant vəzifə üzrə 41 vakant yerə keçiriləcək.
Müsahibə keçiriləcək dövlət orqanları Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi və Dövlət Sosial Müdafiə Fondudur.
Bakı və Gəncə Ağır Cinayətlər məhkəmələrində isə 6 vəzifə üzrə 9 vakant yerə ümumi müsahibə elan olunub.
Yanvarın 27-dən elan olunmuş ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar 20 gün müddətində namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən və ya poçt vasitəsilə Komissiyaya müraciət etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB