ABŞ kəşfiyyatı: "Qarabağdakı vəziyyət Birləşmiş Ştatları narahat edir"
"ABŞ kəşfiyyatı Dağlıq Qarabağdakı vəziyyət və Avrasiyada yeni qaynar nöqtələrin yarana biləcəyindən narahatdır". Bu Birləşmiş Ştatlar Milli Kəşfiyyatının direktoru Ceyms Klepperin Konqressin senat komitəsində dinləmələr zamanı təqdim edilən hesabatında deyilir.
"Qafqazda həllini tapmayan münaqişələr və bir sıra Mərkəzi Asiya dövlətlərindəki qeyri-sabitlik Avrasiyada qaynar nöqtələrin mümkün olmasına səbəbdir", - deyə məruzədə qeyd edilir.
Hesabatda Qafqazda potensial münaqişənin mənbəyi kimi Dağlıq Qarabağ göstərilir: "Ritorikanın qızışması, tərəflərin bir-birinə etibar etməməsi, qoşunların təmas xəttində zorakılıq hallarının davam etməsi situasiyanın xəbərdarlıq etmədən eskalasiyasına gətirib çıxara bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB