Heydər Əliyev Beynəlxalq Hava Limanından uçan sərnişinlər gömrük bəyannaməsini indidən sonra elektron şəkildə də doldura bilərlər. "Azərbaycan Hava Yolları" QSC-dən SİA-ya verilən məlumata görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin rəsmi internet saytının "e-Gömrük Xidmətləri" bölməsində "Fiziki şəxslər üçün gömrük bəyannaməsi" moduluna daxil olmaqla, əvvəlcədən doldurulmuş və çap edilmiş sərnişin bəyannaməsini gömrük orqanına təqdim etməklə sərnişinlər gömrük postlarında sürətli keçidi təmin edə bilərlər.
Artıq Heydər Əliyev Beynəlxalq Aeroportunun gəliş-gediş zallarında sərnişinlər tərəfindən elektron bəyan etmə prosesini həyata keçirmək məqsədi ilə məlumat köşkləri yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB