Məleykə Abbaszadə: \"Orta məktəbi 5 qiymətlə bitirən məzunların yalnız 65,12 faizi attestat qiymətini təsdiq edə bilib\"
Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında orta məktəbi 5 qiymətlə bitirən məzunların yalnız 65,12 faizi attestat qiymətini təsdiq edə bilib. SİA-nın verdiyi xəbərə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, orta məktəbi bütün fənlərdən 3 qiymətlə başa vuran şagirdlərin 97,52 faizinin qəbul imtahanın da nəticələri çox zəif - 0-200 bal intervalında olub. Bu il qəbul imtahanlarında iştirak edən 103 min 185 abituriyentdən 38,66 faizi 0-100, 23,78 faizi 100-200, 15,75 faizi 200-300, 16,53 faizi 300-500, 5,27 faizi isə 500-700 bal toplayıb. Abituriyentlərdən 1476 nəfəri 600 baldan yuxarı nəticə göstərib.
Həmçinin komissiya sədri bildirib ki, yüksək bal toplayan abituriyentlər respublikanın demək olar bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini əhatə ediblər. Yüksək nəticə göstərənlər I qrupda 331, II qrupda 364, III qrupda 323, IV qrupda isə 458 nəfərdir
Qeyd edək ki, dörd nəfər isə maksimum nəticə - 700 bal toplayıb. Onların hamısı I qrupunun abituriyentidir.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB