İri buynuzlu mal-qarada qısırlaşma gedir

İri buynuzlu mal-qarada qısırlaşma gedir

Heyvanlar arasında qısırlıq və bala salma halları artıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, heyvandarlıqla məşğul olan kəndlilər vəziyyətdən çıxış yolu kimi mal-qaranı süni mayalanmaya göndərirlər. Bu səbəbdən də bölgələrdə süni mayalanma halları artıb.

Bu il heyvanlar arasında yaranmış qısırlıq son 20 ildə qeydə alınmayıb. Buna səbəb heyvanlarda bir sıra yoluxucu xəstəliklərin yayılması və onlara lazımı səviyyədə qulluq olunmaması göstərilir. Fermerlər də qısırlığın qarşısını almaq üçün heyvanları süni mayalandırlar.

Süni yolla əldə olunan cins heyvanlar daha çox məhsuldar olur. Cins heyvanlar yerli cins mal qaradan daha çox ət və süd verir. Mal-qara arasında qısırlığın artması kəndlilər narahat etsə də süni mayalanma mal-qara heyvandarlığın inkişafına müsbət təsir göstərir. Bu səbəbdən də regionlarda süni mayalanma halları artıb.

Heyvanlar arasında yolxucu xəstəlik törədiciləri cütləşmə təbii yolu ilə həyata keçəndə heyvanlarda mayalanma prosesini pozur. Nəticədə dölün 5-8 aylığında heyvanlarda balasalma hallarına səbəb olur. Süni yolla mayalandırmanın bir üstün cəhəti də bu cür infeksiyaların təsirindən qorunmaqdır. Mütəxəssislər hesab edirlər ki, son illər ekologiyanın çirklənməsi də xəstəliklərin yaranmasına səbəb olan amillərdən biridi. Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyi və fermerlər heyvanları nəzarətdə saxlamalı, vaxtlı-vaxtında müayinə etməlidirlər.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə