Sumqayıtda yazıçı Elçin Hüseynbəylinin oxucularla görüşü olacaq

Sumqayıtda yazıçı Elçin Hüseynbəylinin oxucularla görüşü olacaq

Səməd Vurğun adına Mərkəzi kitabxanın və "Poeziya klubu"nun birgə təşəbbüsü ilə yazıçı Elçin Hüseynbəylinin sumqayıtlı gənc oxucularla və ədəbiyyat sevərlərlə görüşü keçiriləcək. SİA-nın xəbərinə görə, görüş dekabrın 20-də saat 15.00-da Sumqayıt şəhər Mərkəzi Kitabxanasının oxu zalında baş tutacaq. Xatrıladaq ki, yazıçı-dramaturq Elçin Hüseynbəyli 1961-ci ildə Cəbrayıl rayonunda anadan olub. Yazıçılar Birliyinin üzvü olan dramaturq "Ulduz" jurnalının baş redaktorudur.


Bütün xəbərlər Facebook səhifəmizdə