Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib
Dekabr ayının 8-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda bir sıra məsələlər müzakirə edilib.
YAP-ın sədr müavini - İcra katibi Əli Əhmədov Yeni
Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatlarında Nizamnaməyə uyğun olaraq
keçirilən növbəti hesabat-seçki yığıncaqlarının gedişi haqqında məlumat verilib.
Sonra Yeni Azərbaycan Partiyası tərəfindən "Modernləşmə siyasəti: yeni iqtisadi
və sosial çağırışlar" mövzusunda keçiriləcək beynəlxalq konfrans haqqında ətraflı
fikir mübadiləsi aparılıb.
İdarə Heyətində çıxışlar zamanı bildirilib ki, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri getdikcə genişlənir. Bu gün partiya bir sıra ölkələrin siyasi təşkilatları ilə ikitərəfli əlaqələrə malikdir. Qeyd edilib ki, bu qəbildən olan tədbirlər partiyanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və bu istiqamətdə əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək. İdarə Heyətində həmçinin bir sıra cari məsələlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB