Xaçmazlılar 5 ildir ki, sosial problemlərin içində boğulublar

Xaçmazlılar 5 ildir ki, sosial problemlərin içində boğulublar

Son illər Xaçmaz rayonunda geniş abadlıq işlərinin aparılmasına baxmayaraq, hələ də bəzi yaşayış massivləri gözdən və könüldən kənarda qalmaqdadır. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, belə massivlərdən biri də şəhər mərkəzi yaxınlığında yerləşən Qobuqırağı massividir. Burada çoxsaylı problemlər mövcuddur. Yerli sakinlərin sözlərinə görə, 5 il öncə salınan məntəqənin nə yolu, nə işığı, nə də qazı var. Qışda bu problemlər xüsusi olaraq təzahür edir.

Sakinlərin bildirdiyinə görə, 5 il ərzində problemlərinin həlli üçün müraciət etmədikləri orqan, döymədikləri qapı qalmayıb. Hər dəfə yerli qurumlar tərəfindən onlara söz verilsə də, əməl edən tapılmayıb.

Xaçmaz rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Bəxtiyar Osmanov isə sakinlərin narahatçılığına heç bir əsas görmür. Onun sözlərinə görə, yeni yaşayış massivlərində mövcud olan problemlər 2009-2013-cü illər dövlət proqramı çərçivəsində həllini tapacağını bildirib.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə