Tərtərin cəbhəyanı yaşayış məntəqələrində yeni məktəb binaları tikilir

Tərtərin cəbhəyanı yaşayış məntəqələrində yeni məktəb binaları tikilir

Rayon ərazisində Təhsil Nazirliyinin xətti ilə 4 yeni məktəb binası tikilir və 1 uşaq bağçası əsaslı təmir olunur. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, təhsil nazirlyinin xətti ilə rayon ərazisində qəzalı vəziyyətə olan 4 yeni məktəb binası tikintisi aparılır. Bu məktəblərdən 3 yeni dərs ilinə qədər hazır edilməsi planlaşdırılsa da Seyidimli kənd orta məktəbində son tamamlama işləri aparılaraq bu yaxınlaraq şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

Sovetlər dönəmində tikilib istifadəyə verilən Seydimli kənd orta məktəbi uzun illərdir ki qəzalı vəziyyətdir. Məktəbdə şagirdlərin təlim-tərbiyyəsi üçün heç bir şərait olmadığından bu təhsil müəssisəsində dərs keçmək qeyri-mümkündür.

Hal-hazırda isə kənddə Təhsil Nazirliyinin xətti ilə kənd orta məktəbində əlavə məktəb binası tikilir. Bu bina müasir standartlara cavab verən 160 yerlik sinif otaqları və fənn kabinetləri ilə təchiz olunub. Dövlət vəsaiti hesabına Seydimli kənd məktəbəqədər təhsil ocağıda əsaslı təmir edilir. Uşaq baxçasında az yaşlı uşaqların təhsil alması üçün hər cür şərait yaradılır.

Məktəbəqədər təhsil müəssisəsində təmir işləri başa çatdıqdan sonra maddi-texniki bazası yenidən qurularaq müasir tələblərə uyğun yeniləriylə əvəz ediləcək.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə