Astanada “XXI əsrdə MDB ilə ŞƏT arasında dil və mədəniyyətlərin dialoqu” adlı VII beynəlxalq forum keçiriləcək
Bu gündən başlayaraq noyabrın 18-ə kimi Qazaxıstanın paytaxtı Astanada "XXI əsrdə MDB ilə ŞƏT arasında dil və mədəniyyətlərin dialoqu" adlı VII beynəlxalq forum keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbir MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Moskva Dövlət Linqvistika Universiteti (MDLU) tərəfindən təşkil olunub.
MDB İcraiyyə Komitəsinin mətbuat xidməti xəbəri təsdiq edərək bildirib ki, vermişlər. Forum plenar və sessiya iclasları formasında keçiriləcək, iclaslarda müxtəlif ölkələrin görkəmli alim və mütəxəssisləri, tanınmış siyasi xadimləri və istedadlı gəncləri iştirak edəcəklər. Sessiyalarda iştirakçılar MDB ilə ŞƏT ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsinin siyasi, hüquqi, iqtisadi, sosial, mədəni və dil aspektlərini, milli peşə təhsili sistemlərinin inkişafı sahəsində qarşılıqlı dövlətlərarası fəaliyyəti, müxtəlif dövlətlərin mədəniyyətlərinin və dillərinin qarşılıqlı əlaqəsi və təsiri vasitəsi kimi bədii tərcümə məsələlərini müzakirə edəcəklər.
Bundan başqa, forumda MDB çərçivəsində əməkdaşlıq mövzusunda ən yaxşı tələbə işi üçün müsabiqəyə və "Müstəqil Dövlətlər Birliyi. İnkişafın vəziyyəti və perspektivləri" mövzusunda silsilə mühazirələr hazırlanmasına yekun vurulacaq, Birlik ölkələrinin dil və mədəniyyətinə dair MDLU-nun Beynəlxalq MDB Dilləri İnstitutu tərəfindən hazırlanmış innovasiya tədris materialları sərgisi açılacaq, "Birlik ölkələrinin təhsil müəssisələri üçün MDB dövlətlərinin dillərinə dair yenilənmiş dərsliklərin hazırlanması" layihəsi çərçivəsində yaradılmış nəşrlərin təqdimatı olacaqdır.
Forum MDB-nin iştirakçısı olan dövlətlərin humanitar təhsil sahəsində əməkdaşlığının daha da inkişaf etdirilməsi haqqında Memorandumun imzalanması və Tövsiyələrin qəbul edilməsi ilə başa çatacaqdır.
Noyabrın 17-də ali məktəb gəncləri üçün Elmi-praktik məktəb çərçivəsində Moskva Dövlət Linqvistika Universitetinin müəllimləri təqdimatlar və dərslərdən videofraqmentlər formatında ustad dərsləri keçəcək, dillərin və mədəniyyətin tədrisi zamanı yeni təhsil texnologiyalarından səmərəli istifadə olunmasına dair elmi-metodiki seminarlar təşkil ediləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB