Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə 9-cu yerdədir

Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə 9-cu yerdədir

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası 10 müxtəlif göstərici üzrə 183 ölkə arasında \"Doing Business-2012\" adlı hesabat hazırlayıb. Həmin hesabata görə, Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə 9-cu yerdədir. SİA-ya Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, hesabatda bildirilir ki, Azərbaycanda əmlakın ötürülməsi üçün 4 prosedur tələb olunur ki, buna da 11 gün müddət və əmlakın dəyərinin 0,2 faizə qədər xərc sərf edir. Bu regionda ən yaxşı göstəricilərdən biridir.

Müqayisə üçün bildirək ki, Azərbaycanın aid edildiyi Şərqi Avropa və Mərkəzi Asiya regionunda əmlakın ötürülməsi üzrə orta göstərici 37, qonşu ölkələrdən Türkiyədə 44, Rusiyada 45, Bolqarıstanda 66, Rumıniyada 70, İranda 163, Ukraynada isə 166-dır.


Bütün xəbərlər Facebook səhifəmizdə