Əflatun Amaşov: “Türkdilli ölkələrin ortaq qurumunun yaradılması media sahəsində ilk olacaq”
Türkdilli ölkələrin ortaq xəbər agentliyinin, televiziyanın, jurnalist qurumlarının yaranması bəyannamədə öz əksini tapacaq. SİA-nın xəbərinə görə, Mətbuat Şurasının sədir Əflatun Amaşov bildirib ki, yaxın gələcəkdə bu istiqmaətdə türkdilli ölkələrdə işlər görülməyə başlanacaq. Türkdilli ölkələr arasında müəyyən inteqrasiyaların olduğunu deyən Ə.Amaşovun sözlərinə görə, bu işlər informasiya birlikləri, ayrı-ayrı sahələrdə, ümumi media sahəsində belə birliyin yaradılması ilk olacaq.
"Bugünki forumu keçirməkdə məqsəd türkdilli ölkələr arasında inteqrasiyanı sürətləndirmək, bu xalqları daha da bir-birinə yaxınlaşdırmaq, bunlar araında jurnalistlərin əlaqələrini möhkəmləndirmək və digərlərindən ibarətdir. Forumda səslənən fikirlər sonda qəbul olunacaq bəyannamədə öz əksini tapacaq. Qloballaşan dünyada ortaq dəyərləri qorumaq kifayət qədər vacib məsələdir. Bu forum da öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirə biləcək", - deyə şura sədri əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB