Zəvvarlarımız Səudiyyə Ərəbistanına çatıb

Zəvvarlarımız Səudiyyə Ərəbistanına çatıb
Həcc ziyarətinə avtobusla gedən azərbaycanlı zəvvarlar Suriya ərazisinə çatıblar. Bu barədə SIA-ya açıqlamasında zəvvarlara rəhbərlik edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Həmdullah Babayev bildirib. H. Babayev bu gün səhər Səudiyyə Ərəbistanı Krallığına daxil olduqlarını, hazırda otellərdə yerləşmə işi ilə məşğul olduqlarını deyir. QMİ rəsmisi zəvvarların hamısının səhhətinin normal olduğunu, hər hansı problemin olmadığını deyir. Havalar isti keçir,belə ki, hazırdaburada 29 -30 dərəcə istilik var". Qeyd edək ki, bu il Azərbaycandan avtobusla Həcc ziyarətinə 720 nəfər yola düşüb. Təyyarə ilə Həccə gedəcək zəvvarların bir qismi isə bu gün gecə saatlarında yola salınacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə