Oxuyur Müslüm Moqamayev!
Həyatının 67-ci ilində, dünya şöhrətli sənətkar, Müslüm Maqomayev Moskva şəhərində öz mənzilində dünyasını dəyişib. Düz 4 il əvvəl ildırım sürəti ilə yayılan bu xəbərlə gözəl və əvəz olunmaz səsi, nəğmələri ilə milyonlarla insanın qəlbində yaşayan dünya şöhrətli sənətkar onu sevənlərin qəlbinə əbədi köç etdi.

Füsunkar səsi ilə bir-birinin ardınca çoxsaylı sənət uğurlarına imza atan sənətkar hələ uşaq yaşlarından fərqli, tayı-bərabəri olmayan bariton səsi ilə ətrafdakıları təəccübləndirməyə başlayır. Görkəmli musiqiçi və dirijor Müslüm Maqomayevin nəvəsi olan balaca Müslümün səsini eşidənlər istər-istəməz bu səsə diqqət kəsilir və bu səsin sehrinə düşürdü. 15-16 yaşında artıq tanınmağa başlayan Müslüm, 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə isə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışlarından sonra şöhrət qazanmağa başlayır. Və beləliklə onun bir-birinin ardınca düzülən sənət uğurlarının sayı artır. Müslüm Maqomayev adı nəinki Azərbaycanda dünyanın əksər ölkələrində tanınmağa başlayır.
Müslüm Maqomayevin 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olur. 1962-ci ildə Helsinkidə keçirilən VIII Ümumdünya Festivalında uğurla çıxış edir, 1966-cı ildə Parisin \"Olimpiya\" konsert salonunda ilk konsertini verir. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alır. 1970-ci illərdən görünməmiş populyarlıq qazanır. Onun bütün konsertləri böyük anşlaqla keçir, qramoffon valları böyük tirajla satılmağa bağlayır. Müslüm Maqomayevin ifasında populyar mahnılarla yanaşı, dünya hitləri, klassik əsərlər, kinolara yazılmış mahnıları məharətlə səslənib.
M. Maqomayev Azərbaycan Ali Sovetinin deputatı, SSSRİ xalq artısti olub. Bir sıra orden və medallarla təltif edilib.
Dahi sənətkarın milli musiqi mədəniyyətimizin inkişafı sahəsində də mühüm nailiyyətləri var. Onun əməyi Azərbaycanda yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.

Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.
Görkəmli opera və estrada müğənnisi, bəstəkar, dünya şöhrətli şəxsiyyət Müslim Maqomayev hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə