"Dağlıq Qarabağda düşən pilotsuz təyyarə İsrailə məxsusdur". SİA-nın xəbərinə görə, bu barədə məlumatı Türkiyənin "haberpan.com" saytı diplomatik mənbələrə istinadən yayıb: "Ermənilər tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağda daha dəqiq Xocalıda pilotsuz təyyarə vurulub. Lakin pilotsuz uçuş aparatı Azərbaycan Hava qüvvələrinə deyil, İsrail Hava qüvvələrinə aiddir. Təyyarə Ermənistan və ya işğal altındakı torpaqlarda yerləşən hərbi hissələrin birindən qalxaraq İranla bağlı kəşfiyyat uçuşu yerinə yetirib. Beləcə, Azərbaycanın işğal altındakı torpaqlarında ermənilər yalnız narkotik trafiki, terrorçu sığınacağı deyil gizli əməliyyatlar və əsgəri kəşfiyyat üçün də əsas mərkəzə çevrilib".Diplomatik mənbə hesab edir ki, ermənilərin yaydığı xəbərdə və görüntülərdə pilotsuz aparatın Azərbaycana aid olduğunu göstərən heç bir tanınma nişanına rast gəlinməyib: "Ermənilərin Azərbaycanın pilotsuz aparatını vurması xəbəri şəkillərə baxdıqda öz həqiqi simasını ortaya qoyur. Çünki, Bakıda keçirilən hərbi paradda nümayiş olunan Azərbaycanın pilotsuz aparatlarının üzərində Azərbaycanın dövlət bayrağı həkk edilib.
Şəkillərdə isə belə nişan yoxdur. Məhv edilən təyyarə həmçinin havada vurulana bənzəmir. Aparatda yanğın və mərmi deşikləri yoxdur. Sanki cihaz sadəcə yerə çırpılaraq məhv olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB