Quba rayon polis şöbəsinin müvəqqəti saxlama təcridxanalarına baxış keçirib
Bu günlərdə Ombudsman Şimal bölgəsinə səfəri çərçivəsindəİşgəncələr əleyhinə Milli Preventiv Mexanizm qrupunun üzvləri olan Quba Regional Mərkəzinin əməkdaşları ilə birgə Quba Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxanalarına baxış keçirib. SİA-nın xəbəirnə görə, baxış zamanı saxlanılan şəxslərlə təkbətək söhbət aparılıb, onlara hüquqları izah olunub, saxlanılmalarının qanuniliyini təsdiq edən sənədlər yoxlanılıb.
Habelə, MPM barədə ətraflı məlumat verilmiş, saxlanma şəraitinin müvafiq normalara uyğunluğu, həmin şəxslərin vəkillə təmin olunması, tutularkən, istintaq və ya digər prosessual hərəkətlərin həyata keçirilməsi zamanı hər hansı təzyiqə məruz qalıb-qalmaması, tibbi yardımın göstərilməsi, saxlanma şəraiti ilə əlaqədar kameraların normal işıqlanma və ventilyasiyası, ibadət otağının olması, gündəlik isti yeməyin verilməsi, gigiyena tələblərinə riayət edilməsi vəziyyəti yoxlanılıb.
Söhbət aparılan şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər. Ombudsman baxış keçirilən müəssisənin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB