Kür çayına 434,2 milyon ədəd müxtəlif növ balıq körpələri buraxılacaq

Kür çayına 434,2 milyon ədəd müxtəlif növ balıq körpələri buraxılacaq
Cari ildə 434,2 milyon ədəd müxtəlif növ balıq körpələrinin (20,1 mln ədəd nərəcinsli, 175,0 min ədəd qızılbalıq, 414,0 mln ədəd çəkikimi balıq növləri) Kür çayına, Kür çayının dənizə qovuşan hissəsinə, eyni zamanda su anbarlarına buraxılışı proqnozlaşdırılır.

SİA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, su hövzələrində bioloji resursların artırılması və mühafizəsi istiqamətində nərə balıqartırma zavodlarında balıqartırma mövsümünə hazırlıq işləri davam edir: "Törədici balıqların tədarük edilməsi məqsədilə balıq ovlayan şirkətlərlə müvafiq müqavilələr bağlanıb, eyni zamanda, alınacaq sürfələrin və körpələrin canlı yem orqanizmləri ilə təmin edilməsi üçün yem bazasının yaradılması istiqamətində biotexniki normativlərə uyğun işlər görülüb. Qanun pozucularından 4 ədəd qayıq, 52 ədəd tor, 435 müxtəlif növ balıq götürülmüş, bioloji resurslara vurulmuş ziyanla bağlı 29696 manat məbləğində iddia qaldırılıb".



Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня