Prezident İlham Əliyev Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Sərəncama əsasən, 1.46 min nəfər əhalinin yaşadığı 21 kəndi, 6 məcburi köçkün qəsəbəsini birləşdirən Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin altı milyon manatı Ağdam Rayon İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyi Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunan qaydada təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...