\"Ağ Bakı\" – adlı yeni şəhər salınacaq

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2015-ci ilə kimi "WS Atkins\" şirkəti və \"Azerbaijan Design Company\"ni Bakı şəhərində \"Baku White City\" (\"Ağ Bakı\") layihəsi cərcivəsində 50 min nəfərlik yeni şəhər salınacaq. Layihə cərcivəsində Bakı şəhərinin müasirləşdirilməsi, ticarət mərkəzləri, yollar, su-kanalizasiya sisteminin yeniləşdirilməsi, istirahət və əyləncə obyektlərinin yaradılması nəzərdə tutulur. \"Ağ Bakı\" layihəsi Azərbaycan hökumətinin icazəsi və dəstəyi ilə həyata keçiriləcək.


Qeyd edək ki, layihənin reallaşdırılması üçün Paris, London və Barselona, Çin, Hindistan kimi sürətlə şəhərləşən, yəni urbanizasiya prosesi gedən ölkələrin təcrübəsi nəzərdən keçirilib və şəhər planları araşdırılıb. Bu təcrübədən yeni şəhərin salınmasında istifadə olunacaq.


Ərazisi 221 hektar olacaq şəhərdə insanların sıx məskunlaşdırılması nəzərdə tutulub. Dubay, Cin, Honkonq kimi məşhur əmlak birjalarında mükafata layiq görülən layihənin özəlliklərindən biri də odur ki, oradakı villa, ofis və digər binalara London, Nyu-York, Barselona, Paris s. məşhur şəhərlərin küçələrinin adları veriləcək. Məsələn, Belsize Park, Notting Hill, Pimlico, Broadgate, Canary Wharf və s.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...