Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı ötən ilin uyğun dövrünə nisbətən 45 % artıb

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı ötən ilin uyğun dövrünə nisbətən 45 % artıb

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı ötən ilin uyğun dövrünə nisbətən 45 % artıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu statistikanı qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi açıqlayıb.

Məlumata görə, 2010-cu ilin yanvar-may aralığında Türkiyəni 159 min 405 min Azərbaycan vətəndaşı ziyarət etmişdisə, 2011-ci ilin ilk 5 ayı ərzində bu göstərici 231 min 316 nəfərə qədər yüksəlib.

Ümumiyyətlə, 2009-cu ildə Türkiyəni ziyarət etmiş Azərbaycan vətəndaşlarının sayı 424 min 155, 2010-cu ildə isə 486 min 381 nəfər olub.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, Azərbaycandan turist səfərlərinin çoxalması üçün əlavə işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə