Bu gün hava necə olacaq?
Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 19-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 27-32 dərəcə isti təşkil edəcək.


Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə