Gəncədə tibb işçilərinin peşə bayramı qeyd olunub

Gəncədə tibb işçilərinin peşə bayramı qeyd olunub

Gəncə şəhərində səhiyyə işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də iştirak edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, xoş arzularını çatdıran icra başçısı son illər ölkəmizdə, həmçinin Gəncə şəhərinin səhiyyə sistemində aparılan islahatlara nəzər salıb.

Diqqətə çatdırılıb ki, 1918-ci ilin 17 iyununda Azərbaycanda Səhiyyə Nazirliyinin yarandığı gün tibb işçilərinin peşə bayramı kimi qeyd olunur. Azərbaycanın səhiyyə tarixinin inkişaf mərhələsini iki mərhələyə bölən natiqlər ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə hər sahədə olduğu kimi səhiyyə sistemində də səmərə və keyfiyyətin yaxşılaşdırıldığını xüsusi vurğulayıblar.

Bu illər ərzində yeni tibb ocaqlarının tikilməsi istiqamətində əməli addımlar atılıb. Gəncə şəhərində də müasir standartlara cavab verən səhiyyə ocaqları inşa olunub, kadr potensialı gücləndirilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə