Skoliozun ev şəraitində müalicəsi əsasən xəstəliyin yüngül və orta dərəcəli formalarında tətbiq olunur və məqsəd əyriliyin artmasının qarşısını almaq, onurğa əzələlərini gücləndirməkdir. Bu prosesdə düzgün bədən
duruşunun qorunması, gündəlik həyat fəaliyyətlərində simmetriyanın saxlanılması və uzun müddət yanlış vəziyyətdə oturmaqdan qaçınmaq vacibdir. Həmçinin həkim tərəfindən tövsiyə olunan xüsusi fizioterapevtik hərəkətlər və nəfəs məşqləri onurğa ətrafı əzələlərin möhkəmlənməsinə kömək edir.
Ev şəraitində müalicənin digər mühüm hissəsi müntəzəm fiziki aktivlikdir. Üzgüçülük, yüngül gimnastika və dartınma hərəkətləri onurğanın elastikliyini artırır və ağrıların azalmasına şərait yaradır. Eyni zamanda ağır çantaların bir çiyində daşınmaması, ergonomik oturma və yatma
mövqelərinin seçilməsi də vacib profilaktik tədbirlərdəndir. Lakin qeyd edilməlidir ki, ev müalicəsi yalnız dəstək xarakteri daşıyır və xəstəliyin irəliləməsinin qarşısını almaq üçün mütəmadi həkim nəzarəti mütləqdir.
SİA mövzu ilə bağlı araşdırma edib:
Həkim-Fizioterapevt Səidə Kərimovanın sözlərinə görə , “Skoliozun dərəcəsi imkan verirsə, mümkün qədər əməliyyatsız müalicə təyin olunur. Müalicə əsasən xüsusi idman
hərəkətlərindən ibarət olur. Əsas müalicə üsulu alman mütəxəssisi Katarina Schroth tərəfindən hazırlanmış Schroth müalicəsidir. Hazırda Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsi geniş istifadə olunur. Skolioz xəstəliyi zamanı onurğanın əyriliyi ilə yanaşı, insanda skolioz qaməti formalaşır. Bədəndə əyriliyə uyğun yaranan bu qamət vərdişi əyriliyin daha da artmasına səbəb olur. Çox vaxt uşaqlar oturanda əyilirlər. Əzələ korseti zəif olduğuna görə və bu cür oturuşa vərdiş yarandığı üçün belə olur. Schroth metodu ilə müalicədə bu səhv vərdişi – skolioz qamətini aradan qaldıran hərəkətlərdən istifadə olunur. Skolioz qaməti hər yaş kateqoriyasında ola bilər və həmin idman hərəkətlərindən həm uşaqların, həm də böyüklərin müalicəsində istifadə olunur. Korset təyin etdikdə pasiyentin yaşı və xəstəliyin dərəcəsini qiymətləndiririk. Əməliyyat yalnız xəstəlik konservativ müalicəyə cavab vermədikdə və yuxarı dərəcəli skoliozlarda təyin oluna bilər. Əgər uşaqda skolioz 45-50° dərəcədən yuxarıdırsa və sümüklərin inkişaf
dövrü davam edirsə, o halda pasiyenti spinal cərrahın məsləhətinə yönəldirik. Əməliyyat travmatik və ağır olduğuna görə, xəstəliyin erkən diaqnostikası və əməliyyatsız müalicəsi çox önəmlidir”.
Ortoped, doktor Elviz Qasımovun sözlərinə görə,
Skolioz , onurğa əyriliyi günümüzdə tez tez rastlaşdığımız dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Uşaqlarda və gənclərdə daha çox görülməsinə baxmayaraq yaşlı insanlarda da osteoporoz və degenerasiya səbəbi ilə skolioz müşahidə edilir.
Normal onurğa sütununda fəqərələr öndən və arxadan baxılan zaman yuxarıdan aşağıya düz
bir xətt üzərində uzanır. Yandan isə boyunda önə, döşdə arxaya və beldə önə, omada isə arxaya doğru normal əyriliyə malikdir. Sağlam bir bədəndə onurğa sütunu 7 boyun, 12 döş, 5 bel, 5 oma, 4-5 büzdüm olmaqla 33 -34 fəqərədən ibarətdir və birbirlərinə bağlar, oynaqlar və disklərlə bağlanır. Skolioz onurğa sütununun sağ və ya sol yana əyilməsi ilə xarakterizə olunan deformasiyası olub “S” ya da “C” formasını alır. Onurğa əyri olduqda, fəqərələr fırlanır və bu, onurğanın döş hissəsində olarsa, qabırğa qabarıqlığı, bel-oma nahiyyəsində isə asimmetriya ilə nəticələnə bilər. Əyrilik döş qəfəsinin həcmini azaldır. Vaxtında müalicə olunmayan əyriliklər ürək, ağciyər və s. orqanlara təzyiq edərək ciddi fəsadlar yarada bilər.
Skaliozun əlamətləri nələrdir?
Skoliozun simptomları əyriliyin dərəcəsindən asılı olaraq geniş hüdudlarda dəyişə bilər.
Yüngül əyriliklərdə simptomlar tamamilə kosmetik ola bilər:
Çanaq və çiyinlərin hündürlüyündə görünən fərq
(asimmetriya)
Bədənin sağ və ya sol tərəfə əyilməsi
Kürək sümüklərinin hündürlük fərqinin olması
Bədən tarazlığının pozulması
Bud çanaq oynağının digərinə nisbətən yuxarıda olması
Döş qəfəsində asimmetriya
Aşağı ətraflardan birinin digərinə nisbətən uzun və ya qısa olması
Bel nahiyyəsində dəridə tüklənmə, ləkə və çuxur görünməsi
Daha ciddi əyriliklərdə
Bel və kürəkdə ağrı
Ayaqlarda ağrı, uyuşma və zəiflik
Nəfəs almada çətinlik
Halsızlıq və tez yorulma
Skaliozda korset müalicəsi nə qədər effektivdir?
Əyrilik bucağı 20-40 dərəcə olan yeni yetmə
dövründə olan xəstələrə tətbiq edilən müalicə metodudur. Nizamlı olaraq gün ərzində 16-20 saat korset taxılması gələcəkdə əməliyyat riskini azaldır. Anadangəlmə skoliozlarda korset məsləhət görülmür. Çünki bu skoliozlar, sərt, elastik olmayan əyriliklərdir. Bunlarda korset istifadəsi cilt yaralanmalarına, döş qəfəsi deformasiyalarına, ağciyər funksiyasınn pozulmasına səbəb ola bilər.
Skaliozda hansı idman hərəkətləri olmalıdır?
Skolioz zamanı faydalı idman hərəkətləri əsasən onurğa ətrafı əzələləri gücləndirən və bədəni simmetrik işlədən məşqlərdir. Xüsusilə yüngül dartınma (stretching) hərəkətləri, bel və kürək əzələlərini aktivləşdirən gimnastika və postural
düzəliş məşqləri çox effektiv sayılır. “Plank” kimi statik güc məşqləri, körpü (bridge) hərəkəti və kontrollu nəfəs ilə edilən uzanma məşqləri onurğanın stabilliyini artırır və əyriliyin irəliləməsini yavaşlada bilər.
Bundan əlavə, üzgüçülük skolioz üçün ən çox tövsiyə olunan idman növlərindən biridir, çünki suda bədənə düşən yük azalır və bütün əzələlər balanslı şəkildə işləyir. Yüngül yoga hərəkətləri və pilates də elastikliyi artıraraq duruşun yaxşılaşmasına kömək edir. Lakin ağır çəkili məşqlər, qəfil dönmə və ya tullanma hərəkətləri skoliozda riskli ola bilər, buna görə hər bir proqram fərdi şəkildə həkim və ya fizioterapevt nəzarəti ilə seçilməlidir.
Skaliozlu xəstənin yatağı necə seçilməlidir?
Skolioz olan xəstələr üçün yataq seçimi müalicənin dəstəkləyici hissəsi sayılır və əsas
məqsəd onurğanın təbii vəziyyətini qorumaqdır. Yataq nə çox yumşaq, nə də həddindən artıq sərt olmalıdır. Ən uyğun seçim orta sərtlikdə ortopedik döşəkdir, çünki belə döşək bədənin formaya uyğun batmasına imkan vermir və onurğanı düz xəttə yaxın vəziyyətdə saxlayır. Çox yumşaq yataq əyriliyi artıraraq onurğanın “batmasına”, çox sərt yataq isə təzyiq nöqtələrində ağrıya səbəb ola bilər.
Yuxu mövqeyi də vacibdir. Adətən yan üstə yatmaq və dizlərin arasına kiçik yastıq qoymaq onurğa balansını yaxşılaşdırır. Arxası üstə yatanlarda isə baş yastığının hündürlüyü boyun və onurğa xəttini düz saxlayacaq şəkildə seçilməlidir. Çox hündür və ya çox alçaq yastıq duruşu poza bilər. Ümumilikdə, ortopedik döşək və düzgün yastıq seçimi skoliozda ağrının azalmasına və onurğa yüklənməsinin minimuma enməsinə kömək edir, amma bu seçimlər həkim və ya fizioterapevt məsləhəti ilə fərdiləşdirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB