BDYPİ səfərə hazırlaşan sürücülərə müraciət edib

Həftəsonu xüsusilə magistral yollarda hərəkət intensivliyinin artması yol-nəqliyyat hadisələrinin sayına təsir göstərir. Bununla bağlı yollarda təhlükəsizlik tədbirləri gücləndirilsə də, bəzən sürücülərin qaydalara riayət etməməsi, tələskənliyə, diqqətsizliyə yol verilməsi səbəbindən ağırlıq dərəcəsi yüksək olan qəzaların şahidi oluruq. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

İdarə xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, hərəkət zamanı düzgün ara məsafəsi seçməyi, sürət rejiminə, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir:“Gəlin mənzil başına təhlükəsiz çatmaq üçün məsuliyyət hissini unutmayaq!”, - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə