"Bugünkü iclasımızın da bu mövzuya həsr olunması heç də təsadüf deyil" - Musa Quliyev

Müşavirə və hökumət tərəfindən müvafiq tapşırıqlar verilmişdir. Düşünürəm ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda və digər dövlətlərdə də oxşar strategiyalar qəbul olunmaqdadır. Bu da təsadüfi deyil. Bu sözləri SİA-nın verdiyi məlumata görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasının açılışı nitqi zamanı millət vəkili Musa Quliyev deyib.

O, bildirib ki, bizim bugünkü iclasımızın da bu mövzuya həsr olunması heç də təsadüf deyil: "Komitəmiz, 23–25 noyabr 2025-ci il tarixlərində Sofiyada keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 66-cı Baş Assambleyasına təqdim ediləcək yekun sənədləri və müvafiq tövsiyə qərarlarını qəbul edəcəkdir. Hər birinizə səmərəli və faydalı müzakirələr arzu edirəm".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə