“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyası: Ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində “Bizim ailəmiz Türk dünyasıdır” adlı konfrans keçirilir. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun binasında gerçəkləşib.
Konfransda Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycandan olan ziyalılar, diplomatlar, millət vəkilləri, eləcə də QHT və media rəhbərləri iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə