“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir

Bizneslərə daha effektiv və müasir müştəri xidmətləri göstərilməsi məqsədilə lider mobil operator“Müştəri Təcrübəsinin İdarə Edilməsi Platforması”nı istifadəyə verir.

Yeni platforma müxtəlif rəqəmsal kanallar (“WhatsApp”, “Instagram”, “Facebook”, SMS, veb çat və s.) vasitəsilə daxil olan müştəri sorğularını vahid mərkəzdən idarə etməyə və operativ şəkildə cavablandırmağa imkan yaradır. Bu, bizneslə müştərilər arasında ünsiyyətin səmərəli, operativ və keyfiyyətli şəkildə aparılmasını təmin edir. Platforma eyni zamanda əvvəlki yazışmaları yadda saxlamaq, real vaxtda fərdi təkliflər hazırlamaq və rəqəmsal kampaniyaları avtomatlaşdırmaq kimi üstünlüklər təqdim edir.

Platformanın süni intellekt əsasında işləyən çatbotları tez-tez verilən suallara avtomatik cavab vermək, müştəri xidmətləri komandasının iş yükünü azaltmaqvə 24/7 fasiləsiz dəstək göstərmək imkanına malikdir.

Platformanın avtomatlaşdırma alətləri bizneslərəkampaniyaların effektivliyini izləmək, müştərilərinə vaxtında və hədəfəuyğun təkliflər təqdim etməkvə yeni effektiv strategiyalar hazırlamaq imkanı verir.

Yeni platforma “Salesforce”, “HubSpot” və s. kimi tanınmış CRM sistemləri ilə rahat inteqrasiya edilir. Sorğu və iş axınının effektiv idarə edilməsi, sürətli cavablama üçün hazır şablonların istifadəsi həllin daha bir üstünlüyüdür.

“Azercell Biznes”in təqdim etdiyi “Müştəri Təcrübəsinin İdarə Edilməsi Platforması” bizneslərərəqəmsal xidmət səviyyəsini yüksəltməkvə müştəri məmnuniyyətini artırmaq üçün yeni imkanlar açır.

Ətraflı məlumat üçün: Müştəri əlaqələrini bütün kanallarda gücləndirin! | Məşhur tətbiqlər sərfəli abunəlik şərtlərilə

Bütün xəbərlər Facebook səhifəmizdə